Rusiya Qərbə Şanxay hücumuyla cavab verdi

Ukrayna böhranı başda olmaqla hər problemi səbəb göstərərək sanksiya tətbiq edən Qərb ölkələrinə Rusiya fərqli bir hücumla cavab verdi.
 
Maide.az-ın məlumatına görə, Şanxay Əməkdaşlıq Təşkilatı Zirvəsi bu gün Tacikistanın paytaxtı Düşənbədə öz işinə başlayıb. Zirvə toplantısı sabah başa çatacaq. 
15 iyun 2001-ci ildə Çin, Rusiya, Qırğızıstan, Tacikistan, Qazaxıstan və Özbəkistan tərəfindən qurulan Şanxay Əməkdaşlıq Təşkilatının Düşənbədəki zirvəsinə Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistan liderləri, müşahidəçi ölkə başçıları və nümayəndələri, zirvə qonaqları və həmçinin beynəlxalq təşkilatlar qatılır.
 
Görüşlərdən sonra növbəti zirvədən etibarən Rusiya təşkilatın bir illiyinə başçılığını boynuna götürəcək. Bu yaxınlarda mediaya açıqlama verən Rusiya Xarici işlər naziri Sergey Lavrov, "Düşənbədəki zirvədə Şanxay Əməkdaşlıq Təşkilatına yeni üzvlərin qəbul edilməsinə istiqamətli hüquqi, administrativ və maliyyə şərtlərin tamamlanmasına yönəlik qərarlar vermək lazımdır. Bu vəziyyət Rusiyanın başçılığı dövründə təşkilatın genişləmə müddətinə başlamasına imkan verəcək" demişdi. Lavrov tam üzv olmaq üçün Pakistan, Hindistan və İranın müraciət etdiyini xatırladıb.

Google+ WhatsApp ok.ru