Şeyx Sərdar  Hacıhəsənlinin  növbəti məhkəməsi

Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəməsi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Şeyx Sərdar  Hacıhəsənlinin  növbəti məhkəməsi  keçirilib.
 
Maide.Az xəbər verir ki, məhkəmə iclası qapalı olub. Şeyx Sərdar ifadə vermədiyindən məhkəmədə yalnız şahidlər dindirilir, ifadə verən şahidlər də Şeyx Sərdarın təqsirsiz və günahsız olduğunu bildirirlər. Bəzi şahidlərin ilkin istintaqda Şeyx Sərdarın xeyrinə verdikləri ifadələr  dəyişdirilsə də, həmin şahidlər  məhkəmə iclasında bu qanunsuzluğa öz  etirazlarını bildiriblər. 
 
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli həbsini İranla Azərbaycan arasında gərginləşən münasibətlərlə bağlı olduğunu bildirir. Özünü təqsirli bilmir və ittihamları qətiyyən qəbul etmir. Ifadə verməkdən də imtina edir. 
 
Xatırladaq  ki, növbəti məhkəmə iclası Avqust ayının 10-u, saat 10:30-da keçiriləcək.
 
https://t.me/MaideTV

Google+ WhatsApp ok.ru