Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Bakıya gəlir 19 Sentyabr 2017 01:00 Siyasət Bu gün Pakistan Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Süheyl Amanın Azərbaycana səfəri başlayır. Pakistanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumatına görə, səfər çərçivəsində tərəflər Bakı və İslamabad arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Səfər zamanı iki ölkə arasında hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi də aparılacaq. Pakistanlı komandanın səfəri sentyabrın 22-dək davam edəcək. / Teqlər : #Pakistan Hərbi Hava Qüvvələrinin komandanı Bakıya gəlir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü başlayıb İran rəsmisi: “ABŞ beynəlxalq diplomatik prinsiplərə sadiq deyil”
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video