Suriya danışıqlarının növbəti raundunun tarixi bəlli olub

Suriya danışıqlarının növbəti raundunun tarixi bəlli olub

Bunu BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura bəyan edib.
 
“Suriya üzrə danışıqların səkkizinci raundunu bir aydan sonra başlamaq niyyətindəyik. Dünən bu barədə baş katib Quterreşlə də söhbətimiz olub. Danışıqlara oktybarın sonu, noyabrın əvvəli start veriləcək”, deyə S.de Mistura qeyd edib.
 
Xatırladaq ki iyulun 10-14-də Cenevrədə Suriya hökuməti və müxalifət nümayəndələrinin iştirakı ilə danışıqların 7-ci raundunda müəyyən irəliləyişin əldə edildiyi bəyan edilmişdi.  “Biz müəyyən irəliləyişə nail olacağımızı gözləyirdik və belə də oldu. Lakin  mühüm uğur və nəticələrdən danışmaq hələ tezdir”, deyə S.de Mistura bildirmişdi.
 
Qeyd edək ki, mayın 5-də Suriyada dörd deeskalasiya zonasının yaradılması barədə Bəyannamə imzalanıb. Bir gün sonra deeskalasiya zonalarında atəşkəs rejimi qüvvəyə minib. Sənəd münaqişə tərəfləri və atəşkəs razılığının zəmanətçiləri olan ölkələrin nümayəndə heyətləri (Türkiyə, Rusiya, İran) tərəfindən imzalanıb.(apa) /

Google+ WhatsApp ok.ru