Washington Post: Trump 2018-ci ildə gündə 15 yalan söyləyib 03 Yanvar 2019 07:59 Siyasət Washington Post qəzeti ABŞ prezidenti Donald Trump-ın 2018-ci ildə verdiyi bəyanatlarının 5611-nin səhv və ya yanıldıcı informasiya ehtiva etdiyini irəli sürüb. Bu, gündə təxminən 15 yalan deməkdir. Qəzetin iddiası, Trump-ın bütün dediklərini hər gün izləyərək yoxlamağa çalışan bir xidmətin araşdırmasına əsaslanır. Araşdırmaya görə, Trump 2017-ci ildə ümumi olaraq 1989 dəfə səhv bilgi verib və ya əsassız iddialar edib. Ötən il isə bu rəqəm 3 qat artıq olub. Qəzet həmçinin bildirib ki, Trump 22 oktyabrda Texas senatoru Ted Cruz ilə Texas-a səyahəti zamanı bir gündə 83 dəfə "gerçəkləri təhrif edərək" rekord vurub. /bbc / Teqlər : #Washington,#Post:,#Trump,#2018ci,#ildə,#gündə,#yalan,#söyləyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video Məhbus sayına görə Azərbaycan dünyada üçlükdədir
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video