Məhbus sayına görə Azərbaycan dünyada üçlükdədir 03 Aprel 2019 16:01 Siyasət Azərbaycan Avropa Şurası ölkələri arasında adambaşına düşən məhbus sayına görə ilk üçlükdədir. Bu barədə Avropa Şurasının aprelin 2-də yaydığı məhkumların sayı ilə bağlı illik statistik hesabatda qeyd olunur. 2018-ci ilə dair hesabata görə, Azərbaycanda hər 100.000 nəfərə 235 məhkum düşür. İlk 2 yeri isə Rusiya (418.3) və Gürcüstan (252.2) tutur. Analoji rəqəm Ermənistanda 118.9-dur, bu isə 2016-cı illə müqayisədə 8.7 faiz azalma deməkdir. Adambaşına düşən ən az məhkum sayı San-Marino (17.9), Lixtenşteyn (31.5) və İslandiyada (46.8) qeydə alınıb. Hesabatda göstərilir ki, Azərbaycan narkotik vasitələrlə bağlı cəzaların ən çox verildiyi ölkələr sırasındadır. Məhkumların 25%-dən çoxu bu tip cinayətlərə görə cəza çəkir. 2016-2018-ci illəri əhatə edən araşdırma 44 Avropa Şurası ölkəsinin verdiyi məlumatlara əsaslanır. Sənəd hazırlanarkən Albaniya, Belçika, Bosniya-Hersoqovina, Macarıstan, Malta, Ukrayna və Türkiyənin verdiyi məlumatlara istinad olunmayıb. Araşdırmaya əsasən, bu illər ərzində Avropa miqyasında məhkumların sayı 6.6 faiz azalıb. /Rakurs.tv / Teqlər : #Məhbus,#sayına,#görə,#Azərbaycan,#dünyada,#üçlükdədir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Washington Post: Trump 2018-ci ildə gündə 15 yalan söyləyib
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video