İraq prezidentindən Türkiyəyə xəbərdarlıq 30 İyul 2014 01:00 Siyasət İraq prezidenti Fuad Məsum Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə telefon danışığında, ona "Terrorçuluq Virusu" haqda xəbərdarlıq edib. Əl-Aləm telekanalının verdiyi məlumata görə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İraq prezidenti Fuad Məsum ilə telefon danışığşnda Fitr bayramı münasibəti ilə təbriklərdən əlavə , onu prezidentlik vəzifəsinə seçilməsi münasibəti ilə də təbrik edib. Fuad Məsum həmin telefon danışığında Türkiyənin ölkəsi üçün böyük önəm daşıdığını vurğulayaraq, qarşılıqlı münasibətlərin inkişafını istəyib. İraq prezidenti ölkəsinin terrorçu qrupların amansız hücumuna məruz qaldığına toxunaraq deyib: Bu problem tezliklə həl olunmzsa "Terrorçuluq Virusu" surətlə yayıla bilər. İki tərəf həmin telefon danışığnda qarşılıqlı məsləhəşmələrin və yaxın əməkdaşlıqların aparılması üzərində təkid edib. maide.az/ Teqlər : #İraq prezidentindən Türkiyəyə xəbərdarlıq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Suriya müxalifətinin sabiq başçısı mövqeyini dəyişdi Riçard Morninqstar ABŞ səfiri vəzifəsində səlahiyyətlərini başa vuraraq vətəninə qayıdıb
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video