Belarus prezidenti Azərbaycanda rəsmi səfərdə olacaq

Belarus prezidenti Azərbaycanda rəsmi səfərdə olacaq

Səfər çərçivəsində bir sıra beynəlxalq sənədlərin imzalanması gözlənilir
 
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə yollanıb.
 
Bu barədə "Report" Belarus dövlət başçısının saytına istinadən xəbər verir.
 
Səfər proqramına A.Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə danışıqlar aparması daxildir.
 
İki ölkə lideri Azərbaycan-Belarus münasibətlərinin indiki vəziyyətini və inkişaf perspektivlərini, o cümlədən ticari-iqtisadi əməkdaşlığı, birgə layihələr üzrə işləri, investisiya, aqrar sənaye kompleksi, idman sahəsində qarşılıqlı münasibətləri müzakirə edəcəklər.
 
Danışıqların yekununda bir sıra beynəlxalq sənədlərin imzalanması gözlənilir.
 
A.Lukaşenkonun həmçinin Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşü də planlaşdırılıb. /

Google+ WhatsApp ok.ru