ATƏT PA Rusiyanı Krımın ilhaqını ləğv etməyə çağırır 30 İyun 2014 01:00 Siyasət Qurumun komitə iclasında müvafiq düzəliş qəbul olunub ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin iclasında "Helsinki+40: İnsan təhlükəsizliyinə doğru" qətnamə layihəsinə referendum və Krımla bağlı düzəlişlər qəbul edilib. Referendumla bağlı Rusiya tərəfindən təklif edilən düzəlişə əsasən üzv dövlətlərin vətəndaşlarının milli qanunvericilik çərçivəsində və beynəlxalq standartlara uyğun referendum keçirmək hüququ təsdiq edilir. Krımla bağlı düzəliş isə Ukrayna nümayəndə heyəti tərəfindən təklif olunub. Düzəlişdə ATƏT Parlament Assambleyası Rusiyanı Ukraynanın Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin ilhaqını (anneksiya) ləğv etməyə çağırır. Teqlər : #ATƏT PA Rusiyanı Krımın ilhaqını ləğv etməyə çağırır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni deputatdan Sarkisyana çağırış YAP-dan 3 rayon açıqlaması
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video