ABŞ-ın İrəvandakı səfiri vəzifəsinə namizəd: “Ermənistan özünü beynəlxalq ictimaiyyətdən təcrid edir” 18 Sentyabr 2014 01:00 Siyasət ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə namizəd Robert Mills bu ölkənin qəbul etdiyi bir sıra qərarlarla özünü beynəlxalq ictimaiyyətdən təcrid etməkdə olduğunu deyib. APA-nın Vaşinqtondakı xüsusi müxbiri xəbər verir ki, R. Mills bunu Senatın Xarici Əlaqələr Komitəsində dinləmə zamanı söyləyib. “Biz Ermənistanın bir sıra addımlarından məyus olduğumuzu gizlətməmişik. Məsələn, BMT-nin Baş Assambleyasında keçirilən səsvermə zamanı Ermənistanın Ukraynanın suverenliyi məsələsində Rusiya ilə bərabər səs verməsi onu beynəlxalq ictimaiyyətin əksəriyyəti ilə üz-üzə qoymuş oldu”, - deyə səfir bildirib. R. Mills həmçinin Ermənistanın bir il əvvəl - 2013-cü ilin sentyabrında Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinə qoşulması və Avropa Birliyinin Dərin və Tam Azad Ticarət Ərazisi yaradılmasına dair danışıqları dayandırması ilə özünü təcrid etməkdə olduğunu vurğulayıb. Onun sözlərinə görə, Avropa tərəfdaşlığı Ermənistan üçün təkcə Rusiya ilə deyil, bölgədəki qonşuları, Avropa Birliyi və ABŞ kimi tərəfdaşlarla iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq imkanları açmış olardı. Xatırladaq ki, 2014-cü il martın 27-də BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü təsdiqləyən qətnamənin müzakirə zamanı Ermənistan Rusiyanı dəstəkləyərək, sənədin əleyhinə çıxan az ölkələrdən biri olub. Azərbaycan da daxil olmaqla, 100 ölkə Ukraynanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsinin lehinə səs verib. 58 ölkə bitərəf qalib. Qətnamənin əleyhinə yalnız Rusiya, Ermənistan Belarus, Boliviya, Kuba, Şimali Koreya, Nikaraqua, Sudan, Suriya, Venesuela və Zimbabve səs veriblər. Teqlər : #ABŞın İrəvandakı səfiri vəzifəsinə namizəd: Ermənistan özünü beynəlxalq ictimaiyyətdən təcrid edir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cəmil Həsənli: Belə məsələləri çox da qurdalamaq lazım deyil Rusiya: ABŞ İŞİD-ə qarşı Suriya ilə əməkdaşlıq etməyə məcburdur
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video