ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstara vəzifə verildi

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar Amerikanın məşhur tədqiqat mərkəzi olan Atlantik Şurasına başçılıq edəcək. 
 
Maide.az xəbər verir ki, mərkəzin yaydığı press-relizdə deyilir ki, səfir R.Morninqstar qlobal energetika məsələlərini dərindən bilən şəxsdir.
 
Atlantik Şurası energetika sahəsində etibarlı və möhkəm əməkdaşlıq yaradılması məqsədilə vətəndaş cəmiyyəti, hökumət, sənaye sahibləri və tərəfdaşlarla birlikdə çalışacaq. Mərkəz geosiyasi münaqişələr zəminində yaranan problemlərə nəzəri diqqət ayıracaq, energetika strategiyasının və siyasətinin inkişafı üçün proqramlar müəyyənləşdirəcək.
 
Xatırladaq ki, R.Morninqstar prezident Bill Klinton administrasiyasında keçmiş SSRİ üzrə xüsusi məsləhətçi, dövlət katibinin Xəzər hövzəsi enerjisi üzrə məsləhətçi işləyib, sonra Azərbaycanda səfir təyin olunub.

Google+ WhatsApp ok.ru