Vətəndaş fəalı Elçin Məmməd Bakı hava limanında saxlanılıb 29 May 2015 01:00 Hüquq Sumqayıt Gənclərini Hüquqi Maarifləndirmə İctimai Birliyinin sədri və “Yüksəliş naminə” qəzetinin baş redaktoru Elçin Məmməd bu gün Avropadan gələrkən Bakı aeroportunda saxlanılıb. Bu barədə Turan-a onun müavini Elçin Həsənov bildirib. Onun sözlərinə görə, insident səhər saat 4-də baş verib. E.Məmməd E.Həsənova telefon edib saxlandığını deyə bilib. E.Məmməd 2014-cü ilin noyabrından bir qrup QHT-nin fəaliyyətinin araşdırılması işi üzrə Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılb Aprelin əvəlində ona bildirilib ki, o ittiham olunan şəxs kimi cəlb edilib. Bununla belə, E.Məmməd aprelin 19-da ölkədən buraxılıb və Strasburqa gedib, indiyədək Avropada olub. Teqlər : #Vətəndaş fəalı Elçin Məmməd Bakı hava limanında saxlanılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nizami Piriyev həbsdən azad olunmasına aydınlıq gətirib Texniki baxışla bağlı daha bir sənəd ləğv olundu