Əfqan Sadıqov yeddi il azadlıqdan məhrum edilib 03 Noyabr 2020 19:03 Hüquq “Azel TV” xəbər portalının həbsdə olan rəhbəri Əfqan Sadıqova hökm oxunub. Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, o, 7 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə təqsirli bilinib. Məhkəmə belə nəticəyə gəlib ki, Ə.Sadıqovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərindən onlar haqqında rüsvayedici yazılar yaymaqla hədələyib, pul tələb etdiyi təsdiqini tapıb. Cinayət işinin materiallarında iddia olunur ki, Ə.Sadıqov bu ilin mayında icra hakimiyyətinin vəzifəlilərindən 10 min manat alarkən tutulub. Həmin vaxt “xeber.az” saytının rəhbəri Sakit Muradov da onunla birlikdə olub. Onların hər ikisi saxlansa da, sonradan S.Muradov buraxılıb. İstintaq dövründə onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Məhkəmə onu da Cinayət Məcəlləsinin 182-ci maddəsilə təqsirli bilib. Amma ona şərti cəza verilib. Ə.Sadıqov hökmdən əvvəl son sözündə təqsirsiz olduğunu, jurnalist fəaliyyətinə görə sifarişlə cəzalandırıldığını bildirib. Onun sözlərinə görə, ölkədə vətəndaşlara qarşı qanunsuzluqları, məmur özbaşınalıqlarını işıqlandırması müəyyən kəsmi narahat edirdi. Bu yolla onu təcrid edirlər. Ə.Sadıqov bu ilin mayından həbsdədir. Onun həyat yoldaşı Sevinc Sadıqova bildirib ki, eyni maddə ilə təqsirləndirilən S.Muradov azadlıqda qaldığı halda, Ə.Sadıqovun ağır cəzalandırılması ona qarşı qərəzin nəticəsidir. S.Sadıqovanın fikrincə, baş verənlər həyat yoldaşının sifarişlə cəzalandırıldığını bir daha sübut etdi. Ə.Sadıqov haqqında hökmdən apelyasiya şikayəti veriləcək./meydan.tv/ Teqlər : #Əfqan,#Sadıqov,#yeddi,#azadlıqdan,#məhrum,#edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İnanclı Şamil Həsənova hökm oxunub Əfqan Sadıqov aclıq elan edib Hüquq Bu gündən məhkəmə ilə bağlı sənədlərə görə yeni dövlət rüsumları tətbiq olunacaq Bakı Apellyasiya Məhkəməsi ruhani Hacı İlham Əliyev barəsində çıxarılan hökmünü qüvvədə saxladı İnanclı fəal Razi Hümbətovun apellyasiya məhkəməsi keçirilib Xanımı Əfqan Sadıqovla görüşdən qayıdıb Jurnalist Əfqan Sadıqovun məhkəməsi keçirilib Jurnalist aclığını davam etdirir: ‘Əfqan Sadıqovda qıcolmalar başlayıb’ Əfqan Sadıqovdan yeni xəbər var Xanımı Əfqan Sadıqovun həyatından narahatdır Nardaran işi: 'Oğluma qarşı nəyin nifrətidir, başa düşmürəm...' 'Gəncə işi'ndə təqsirləndirilən vəfat edib Xanımı həbsdəki Əfqan Sadıqovla görüşüb Hacı İlham Əliyevin məhkəməsi keçirilib Əfqan Sadıqov təcridxananın tibb məntəqəsinə yerləşdirilib Elçin Həsənov və İbrahim Türksoy islah işlərinə məhkum edilib Jurnalistləri Müdafiə Komitəsi Polad Aslanovu azad etməyə çağırıb Polad Aslanov 16 il azadlıqdan məhrum edilib AXCP-nin 12 fəalı azadlığa buraxıldı Oqtay Gülalıyevin işi üzrə məhkəmədə həkimlərə iradlar səslənib Oqtay Gülalıyevin işi üzrə məhkəmə prosesi: baş zədələnməsi müəyyən edilib - VIDEO Baş Prokurorluğun helikopterin vurulması ilə baglı cinayət işi açdı Fəxrəddin Abbasov həbsxanada intihar edib Fəxrəddin Abbasov həbsxanada intihar edib Hüquq müdafiəçisi Gülalıyevin müalicəsi Bakıda davam etdirilir Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini Əfqan Sadıqovu azad etməyə çağırıb Əfqan Sadıqov aclıq elan edib İnanclı Şamil Həsənova hökm oxunub Elçin Məmməd 4 il həbs cəzası alıb Elvin Mürvətoğlu 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub Reportyoru cərimə ediblər və sərbəst buraxıblar (yenilənib) Oqtay Gülalıyev ailəsi istintaqın yubadılmasına etiraz edir Tofiq Yaqublunun vəkili: 'Əllərini belə yummağa çətinlik çəkir' Məscid sökülməsinə etiraz etdiyinə görə həbs edildi Jurnalist Ziya Əsədli azadlığa çıxıb Ağzını tikdiyi bildirilən Nardaran məhbusundan xəbər var Tofiq Yaqubluya hökm oxunub Əli Həsənova cinayət işi açıldı? - YENİLƏNİB Nardaran məhbusu: 'Bilin ki, ağzımı tikib aclıq eləyirəm...' Əfqan Sadıqovun işi üzrə məhkəmə prosesi başlayıb Məmməd İbrahim: Oğlumun həyatına təhlükə var Əfqan Sadıqov təcridxanada aclıq elan edib Dağıstanda həbs edilən azərbaycanlıların adları məlum olub Rəsulzadənin şəklini maskaya vuran fəal 10 sutkalıq həbs edilib