Elçin Həsənov və İbrahim Türksoy islah işlərinə məhkum edilib 17 Noyabr 2020 16:30 Hüquq Noyabrın 16-da Mingəçevir şəhərində frilans reportyorlar Elçin Həsənov və İbrahim Türksoyun işi üzrə məhkəmə prosesi başa çatıb. Onlara qarşı şəhər mənzil-istismar idarəsinin rəisi Şəhriyar Mustafayev xüsusi cinayət ittihamı qaydasında iddia qaldırıb. O, onların CM-in 147.1 (böhtan) və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini tələb edib. İddiaya bu məmur və şəhər rəhbərliyi haqqında tənqidi nəşrlər, habelə Mingəçevirdə korrupsiya haqqında nəşrlər səbəb olub. Məhkəmə hər iki jurnalisti 1 il islah işlərinə məhkum edib. Şərh almaq üçün iddiaçı ilə əlaqə saxlamaq mümkün olmayıb. /Turan/ Teqlər : #Elçin,#Həsənov,#və,#İbrahim,#Türksoy,#islah,#işlərinə,#məhkum,#edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Jurnalistləri Müdafiə Komitəsi Polad Aslanovu azad etməyə çağırıb Əfqan Sadıqov təcridxananın tibb məntəqəsinə yerləşdirilib