Tofiq Yaqublunun vəkili: 'Əllərini belə yummağa çətinlik çəkir' 16 Sentyabr 2020 15:50 Hüquq Bu gün, sentyabrın 16-da vəkil Aqil Layıc "City Hospital"ın reanimasiya şöbəsində olan və həbsinə etiraz olaraq aclıq aksiyası keçirdiyi bildirilən Tofiq Yaqub ilə görüşüb. Bu barədə vəkil özü bildirib. Onun deməsinə görə T.Yaqublu aclıq aksiyasını 15-ci gündür ki, davam etdirir: "Fikri aydın olsa da, ifadə etməkdə fizioloji çətinlik çəkir, gözlərinin görməsində problem yaranıb. Əllərini belə yummağa çətinlik çəkir. İndiyə kimi qidadan və qidalandırıcı sistemlərdən imtina edir. Tofiq Yaqublu deyib ki, ona münasibətdə ədalətsizliyə son qoyulmasa, sudan belə imtina edəcək". Vəkilin deməsinə görə, o, ehtiyaclarını Penitensiar Xidmətin əməkdaşlarının köməyi ilə həyata keçirir. "Penitensiar Xidmətin əməkdaşlarının davranışlarından çox razılıq bildirdi", - vəkil qeyd edib. Hələlik, bu açıqlamaya Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. /azadliq.org / Teqlər : #Tofiq,#Yaqublunun,#vəkili:,#'Əllərini,#belə,#yummağa,#çətinlik,#çəkir', Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məscid sökülməsinə etiraz etdiyinə görə həbs edildi Oqtay Gülalıyev ailəsi istintaqın yubadılmasına etiraz edir