Tibdə inanılmaz yenilik: başqa başla yaşamaq mümkün olacaq

İtaliyalı neyrocərrah Serxio Kanavero bəyan edib ki, 2017-ci ildə insan başının ilk transplantasiyasını həyata keçirə biləcək.
 
"Trend" xəbər verir ki, onun metodu bir meymunun başının digərinin bədəninə artıq uğurla köçürdüyü əməliyyatına əsaslanır. Meymun yeni başı ilə 9 gün yaşayıb, lakin onun immun sistemi yad orqandan imtina edib.
 
S.Kanavero müasir tibbdə sıçrayış ola biləcək layihənin təfərrüatlarını ABŞ-da keçiriləcək konfransda təqdim edəcək.
 
O əmindir ki, pasiyent özünə gəldikdən sonra öz üzünü hiss edəcək və təqribən 1 il ərzində yenidən yeriyə biləcək./

Google+ WhatsApp ok.ru