Yerdə maqnit qasırğası başlayıb 12 Oktyabr 2021 14:44 Sağlamlıq Oktyabrın 11-i gecədən Yer maqnitosferində maqnit qasırğası başlayıb. Onun səviyyəsi getdikcə artır və artıq orta səviyyəyə yaxınlaşıb. APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyası Fizika İnstitutunun Günəşin Rentgen Astronomiyası Laboratoriyasından bildirilib. Qeyd olunub ki, belə vəziyyətlərdə Yerə çatan plazma buludu kosmik peyklərin radiasiya yükünü artırır, Yer səthinə yaxın maqnit sahəsinin dalğalanmalarına təsir edir. Maqnitosferdəki bu dəyişiklikləri şimal en dairələrində müşahidə etmək mümkündür. Laboratoriyanın məlumatına əsasən, Günəşdəki alovlanma oktyabrın 9-da başlayıb. Bu, orta səviyyəli alovlanma olub. Tac maddəsinin Yerə çatması üç gün çəkib. Teqlər : #Yerdə,#maqnit,#qasırğası,#başlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda 12-15 yaşlı yeniyetmələrə vaksin vurla bilər
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir