“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklər qəbul edilib 24 Fevral 2015 02:00 Sağlamlıq Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanununa təklif edilən dəyişiklər layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib. Layihəyə əsasən Azərbaycanda tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilmiş işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Digər dəyişikliyə görə, tibb müəssisələrində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisələrinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir. Layihə səsə qoyularaq qəbul olunub. Teqlər : #Əhalinin sağlamlığının qorunması haqqında qanuna dəyişiklər qəbul edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda lisenziyadan kənar fəaliyyətlə məşğul olacaq həkimlərin cərimələri Tibdə inanılmaz yenilik: başqa başla yaşamaq mümkün olacaq
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir