Qriplə soyuqdəymənin fərqi bu imiş

Qriplə soyuqdəymənin fərqi bu imiş

"Qrip zamanı soyuqdəymədən fərqli olaraq, yüksək temperatur uzun müddət qalır və hətta temperaturu azaldan dərman qəbul edən zaman belə azalmır".
 
Maide.Az Sputnik -ə istinadla xəbər verir ki, bu barədə həkim Pyotr Davıdov danışıb.
 
O qeyd edib ki, qrip zamanı xəstənin gözlərində qızartı, sinədən gələn öskürək, əzələlərdə əzginlik və burun qanaxması müşahidə edilə bilər.
 
"Soyuqdəymənin əlamətləri isə fərqlidir. Soyuqdəymə zamanı boğaz ağrıyır, səs tutulur, baş ağrıları müşahidə edilir. Öskürək və ürəkbulanma yaranır", - deyə o bildirib.
 
Davıdov əlavə edib ki, vaxtında həkimə müraciət edilərsə, qrip 4-5 günə sağalır. Ancaq xəstələnməmək üçün peyvəndləmə vacibdir.
 

Google+ WhatsApp ok.ru