Tanınmış ruhani Elçin Manafov MTN tərəfindən saxlanılıb

"İslaminsesi" xəbər verir ki, Azərbaycan İslam Partiyasının sabiq sədr əvəzi Elçin Manafov bu gün səhər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən evindən aparılıb.
 
E.Manafovun yaxınlarından daxil olan məlumata görə, ondan hələ də bir xəbər yoxdur.
 
MTN, yaxud da Daxili İşlər Nazirliyi tərəfindən tanınmış din xadiminin saxlanılması ilə bağlı hələ heç bir bəyanat verilməyib.

Google+ WhatsApp ok.ru