Prokuror AMAY rəhbərinin 14 il azadlıqdan məhrum edilməsini istəyib

Ağır Cinayətlər Məhkəməsində AMAY Ticarət Mərkəzinin rəhbərinin və onun bir qrup əməkdaşının işi üzrə prosesdə prokuror çıxış edib. O, AMAY-ın  rəhbəri Abdulla Abdullayevin 14 il azadlıqdan məhrum edilməsini istəyib.
 
Digərləri – Nadejda İvanovna, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov və Vidadi Qurbanov üçün 9 və 10 il azadlıqdan məhrumetmə cəzası istəyib. Onlar mənimsəmə və sui-istifadədə (CM-in 179.3.2 və  308.2-ci maddələri)  təqsirli bilinirlər.
 
Prokurorun çıxışından əvvəl A.Abdullayev son söz istəyib və istintaqı sübutları məhkəməyə təqdim etməməkdə ittiham edib. “Bu müddətdə heç bir sübut olmayıb, bu o deməkdir ki, bu, məhkəmə yox, terror və repressiyadır”, - o vurğulayıb.
 
Vəkllərin çıxışı avqustun 25-nə təyin edilib.

Google+ WhatsApp ok.ru