Keçmiş MTN-in idarə rəisinin apellyasiya şikayəti təmin edilməyib

 Bu gün Bakı Apellyasiya Məhkəməsində bir müddət əvvəl ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin həbsdə olan rəisi, general-mayor Sübahir Qurbanovun  apellyasiya şikayətinə baxılıb.
 
Məhkəmə onun şikayətini təmin etməyib.
 
Qeyd edək ki, bir müddət əvvəl Səbail rayon Məhkəməsinin qərarı ilə S. Qurbanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Apellyasiya şikayəti həmin qərardan verilib.

Google+ WhatsApp ok.ru