Keçmiş axundun ölkədən çıxışına, oğlunun isə ölkəyə girişinə STOP qoyulub

Keçmiş axundun ölkədən çıxışına, oğlunun isə ölkəyə girişinə STOP qoyulub

Bülbülədəki "İmam Xomeyni" məscidinin keçmiş axundu Hacı Məsim Novruzovun Azərbaycandan çıxışına izin verilməyib
 
Maide.Az-ın İslamazeri.az-a istinadən verdiyi məlumata görə, Bülbülədə keçmiş dini icmanın sədri və "İmam Xomeyni" məscidinin keçmiş axundu Hacı Məsim Novruzovun Azərbaycandan çıxışına izin verilməyib.
 
Verilən məlumata görə, sərhədçilər bazar ertəsi günorta saatlarında 65 yaşlı ağsaqqal Hacı Məsim Novruzovu Astara Görmük məntəqəsindən İran tərəfə keçməsinə imkan verməyib.
 
"Uzun müddətdirki, Hacı Məsim Novruzov İrana Məşhəd ziyarətinə, həmçinin Qumda təhsil alan oğlunun yanına getmək istəyirdi. Bu gün günorta saatlarında Astara Gömrüyündə ona bildiriblər ki, sənin ölkədən çıxışına qadağa var. O da narahat halda Bakıya - evinə geri dönüb", -deyə İslamazeri.az-a bu haqda onun yaxınları bildirib. Hacı Məsim Novruzov məsələ ilə bağlı bir müvafiq orqanlara müraciət edib, qadağa məsələsinin hansısa güc strukturu tərəfindən qoyulduğunu bildirib və ətraflı məlumat verməyiblər.
 
Qeyd edək ki, Hacı Məsim Novruzovun oğlu, ilahiyyatçı və hazırda Qum şəhərində ilahiyyat təhsili alan Ruhullah Novruzzadənin isə Azərbaycana girişinə izin verilmir. Belə ki, ötən ilin yay aylarında Azərbaycana yay tətilinə gələn, Ruhullah Novruzzadə Azərbaycan sərhədçiləri tərəfindən geri qaytarılıb; ona bildiriblər ki, sənin ölkəyə girişinə qadağa var. Ruhullah Novruzzadənin həyat yoldaşı məsələ ilə bağlı müvafiq orqanlara müraciət edib və ona qadağa məsələsini təsdiq edib.
 
Xatırladaq ki, Hacı Məsim Novruzov hazırda həbsdə olan ilahiyyatçı Abgül Süleymanovun qaynatasıdır.

Google+ WhatsApp ok.ru