Hökumət seçkiyə görə daha 30 min avro cərimələndi 10 Oktyabr 2015 01:00 Hüquq Avropa Məhkəməsi Fuad Qəhrəmanlı və daha 2 nəfərin işi ilə bağlı qəra çıxardı Avropa İnsan Hüquqqları Məhkəməsi 2010-cu ildə keçirilən parlament seçkiləri zamanı deputatlığa namizəd olmuş Fuad Qəhrəmanlı, Namizəd Səfərov və Zəlimxan Məmmədlinin işi üzrə qərar qəbul etmişdir. Qərar Qəhrəmanlı və digərlərinin işi adlanır. Avropa İnsan Hüquqları məhkəməsi hər üç şikayətçinin 2010-cu ildə parlament seçkiləri zamanı qarşılaşdıqları qanun pozuntularını araşdıraraq onların xeyrinə qərar çıxarıb. Qərarın mətni ilə tanış olduqda görünür ki, məhkəmə işin bütün hallarını obyektiv və hərtərəfli surətdə araşdıraraq seçki prosesi zamanı baş vermiş bütün kobud qanun pozuntularını dəqiqliklə qeyd etmişdir. Məhkəmə hər bir şikayətçinin xeyrinə 10 min avro məbləğində mənəvi ziyana görə cərimə təyin edib. Xatırladıdaq ki, ötən parlament seçkilərində Fuad Qəhrəmanlı, Zəlimxan Məmmədli və Namizəd Səfərovun namizəd olduğu 33 saylı Xətai birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasınının nümayəndəsi Hüsenbala Mirələmov millət vəkili seçilib. Hal-hazırda da həmin dairədən YAP-ın namizədidir. Teqlər : #Hökumət seçkiyə görə daha 30 min avro cərimələndi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru HRW Yunuslara görə bəyanat verdi Sərnişini sürücüyə “çevirib” 8 il azadlıqdan məhrum etdilər