Rəsulzadənin şəklini maskaya vuran fəal 10 sutkalıq həbs edilib 27 İyun 2020 15:45 Hüquq Bu gün Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ictimai fəal Cavid Məmmədzadə 10 sutka müddətinə inzibati qaydada həbs olunub. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 211.1 (epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması) maddələrin pozulmasında təqsirli bilinib. Bu barədə Turan-a fəalın qardaşı Bəhruz Məmmədzadə məlumat verib. Onun sözlərinə görə, iyunun 26-da qardaşı Sumqayıt şəhər 1 saylı polis bölməsinə gedib və orada saxlanılıb. “Cavidi sosial şəbəkələrdə Rəsulzadə çağırışına görə bir neçə dəfə çağırırdılar, getmirdi. Sadəcə, dünən bölmədən zəng vurub dəvət ediblər, deyiblər ki, izahata görə gəl. O da dünən günorta evdən çıxanda dostu ilə oraya gedib. Orada Cavidə deyiblər ki, izahatında bir də sosial şəbəkələrdə heç nə yazmayacam, belə işlərdən uzaq olacam” yaz. O isə onlara mənfi cavab verdiyinə görə fiziki təzyiqə məruz qalıb. Bu gün isə Cavidi Sumqayıt Şəhər Baş Polis İdarəsinə aparmaq adı ilə bölmədən çıxarıblar, amma idarəyə yox, məhkəməyə aparıblar”. B.Məmmədzadə əlavə edib ki, fəalın həbsinin əsas səbəbi üzərində Məhəmməd Əmin Rəsulzadənin fotosu olan tibbi maskanı taxması olub. “Qardaşım bir neçə gündür belə maska taxırdı. Hətta öz Facebook profilində “Polislər məni maska taxmağa məcbur edirsə, mən də onları Rəsulzadəyə baxmağa məcbur edəcəm. Bir gün həqiqət parıldayacaq!” post paylaşmışdı. Bundan əlavə o, evdən mahnı oxuyan müğənnilərin şousuna da etiraz bildirmişdi”. DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, Cavid Məmmədzadənin maskanın üzərində Rəsulzadənin fotosunun olmasına görə saxlanılması yalan məlumatdır: “Tarixi şəxsiyyətin fotosunun mikroblarla dolu parçanın üzərinə vurulması Rəsulzadəyə hörmətsizlikdir. Çünki gigiyenik qaydalara uyğun olaraq, bir neçə saatdan sonra o maskanı çıxarıb zibil qabına atmalıdır. Məgər bu, Rəsulzadəyə hörmət əlamətidir?” C.Məmmədzadənin saxlanma səbəbinə aydınlıq gətirən DİN rəsmisi bildirib ki, o, xüsusi karantin rejimi qaydalarını pozduğuna və bu zaman polisin qanuni tələbinə tabe olmadığına görə saxlanılıb. “O, küçədə gəzərkən polis əməkdaşları tərəfindən icazəsinin olub-olmaması yoxlanılıb. Bu zaman məlum olub ki, icazənin müddəti saat yarım əvvəl başa çatıb. Bu barədə ona irad bildirəndə həmin şəxs polisin yanından uzaqlaşıb çıxıb getmək istəyib, onu dayanmağa dəvət etsələr də bu əmrə tabe olmayıb. Buna görə də Cavid Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış materiallarla əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə göndərilib”, - E.Zahidov bildirib. Teqlər : #Rəsulzadə ,#şəklini maskaya vuran fəal ,#10 sutkalıq həbs , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tofiq Yaqublunun həbs müddəti uzadıldı Dağıstanda həbs edilən azərbaycanlıların adları məlum olub Hüquq Bu gündən məhkəmə ilə bağlı sənədlərə görə yeni dövlət rüsumları tətbiq olunacaq Bakı Apellyasiya Məhkəməsi ruhani Hacı İlham Əliyev barəsində çıxarılan hökmünü qüvvədə saxladı İnanclı fəal Razi Hümbətovun apellyasiya məhkəməsi keçirilib Xanımı Əfqan Sadıqovla görüşdən qayıdıb Jurnalist Əfqan Sadıqovun məhkəməsi keçirilib Jurnalist aclığını davam etdirir: ‘Əfqan Sadıqovda qıcolmalar başlayıb’ Əfqan Sadıqovdan yeni xəbər var Xanımı Əfqan Sadıqovun həyatından narahatdır Nardaran işi: 'Oğluma qarşı nəyin nifrətidir, başa düşmürəm...' 'Gəncə işi'ndə təqsirləndirilən vəfat edib Xanımı həbsdəki Əfqan Sadıqovla görüşüb Hacı İlham Əliyevin məhkəməsi keçirilib Əfqan Sadıqov təcridxananın tibb məntəqəsinə yerləşdirilib Elçin Həsənov və İbrahim Türksoy islah işlərinə məhkum edilib Jurnalistləri Müdafiə Komitəsi Polad Aslanovu azad etməyə çağırıb Polad Aslanov 16 il azadlıqdan məhrum edilib AXCP-nin 12 fəalı azadlığa buraxıldı Oqtay Gülalıyevin işi üzrə məhkəmədə həkimlərə iradlar səslənib Oqtay Gülalıyevin işi üzrə məhkəmə prosesi: baş zədələnməsi müəyyən edilib - VIDEO Baş Prokurorluğun helikopterin vurulması ilə baglı cinayət işi açdı Fəxrəddin Abbasov həbsxanada intihar edib Fəxrəddin Abbasov həbsxanada intihar edib Hüquq müdafiəçisi Gülalıyevin müalicəsi Bakıda davam etdirilir Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini Əfqan Sadıqovu azad etməyə çağırıb Əfqan Sadıqov aclıq elan edib Əfqan Sadıqov yeddi il azadlıqdan məhrum edilib İnanclı Şamil Həsənova hökm oxunub Elçin Məmməd 4 il həbs cəzası alıb Elvin Mürvətoğlu 2 il 3 ay müddətinə azadlıqdan məhrum olunub Reportyoru cərimə ediblər və sərbəst buraxıblar (yenilənib) Oqtay Gülalıyev ailəsi istintaqın yubadılmasına etiraz edir Tofiq Yaqublunun vəkili: 'Əllərini belə yummağa çətinlik çəkir' Məscid sökülməsinə etiraz etdiyinə görə həbs edildi Jurnalist Ziya Əsədli azadlığa çıxıb Ağzını tikdiyi bildirilən Nardaran məhbusundan xəbər var Tofiq Yaqubluya hökm oxunub Əli Həsənova cinayət işi açıldı? - YENİLƏNİB Nardaran məhbusu: 'Bilin ki, ağzımı tikib aclıq eləyirəm...' Əfqan Sadıqovun işi üzrə məhkəmə prosesi başlayıb Məmməd İbrahim: Oğlumun həyatına təhlükə var Əfqan Sadıqov təcridxanada aclıq elan edib Dağıstanda həbs edilən azərbaycanlıların adları məlum olub