Ekspert: “Rayon avtomobillərinin Bakıya girişinə qadağa ölkə konstitusiyasına ziddir” 07 Oktyabr 2015 01:00 Hüquq Dövlət Yol Polisi ölkə rayonlarında qeydiyyatda olan avtomobillərin sürücülərinə qarşı tədbirləri davam etdirir. Həmin avtomobillərin paytaxta daxil olmasına qoyulan qadağa sentyabrın 15-dən qüvvəyə minib. Yeni qaydalara görə, saat 7.00-dan 22.00-dək rayon avtomobillərinin Bakıya girişi qadağan edilib. Lakin belə avtomobillərin sahiblərinin çoxu faktiki olaraq Bakıda yaşadığından bu qayda onların narazılığına səbəb olub. Dövlət Yol Polisi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev jurnalistlərə bildirib ki, regionlarda qeydiyyatda olan, lakin Bakıda etibarnamə ilə istifadə olunan avtomobillərin sürücüləri nəqliyyat vasitələrini təkrar sənədləşdirməlidirlər. “Bundan sonra Bakı sakinlərinin rayonda qeydiyyatdan keçən avtomobili idarə etməsi qadağan edilib. Sürücü avtomobili öz adına sənədləşdirməli və yeni nömrə almalıdır”, - K.Əliyev bildirib. Lakin hüquqşünas Ələsgər Məmmədli bu qadağanı qanunsuz hesab edir. Belə ki, İnzibati Xətalar Məcəlləsində və yol hərəkəti qaydaları haqqında qanunda belə qadağa yoxdur. Bu cür məhdudiyyətlər Avropa Oyunları zamanı tətbiq edilib və o zaman da konstitusiyaya zidd, ayrı-seçkilik xarakteri daşıyıb. Bu, Azərbaycan Konstitusiyasının 25-ci maddəsinin (qanun qarşısında hamının bərabər olması) pozulmasıdır, hüquqşünas vurğulayıb. Qeyd edək ki, rayon avtomobillərinin sürücülərinə maşınları Bakının girəcəyində dayanacaqlarda saxlamaq təklif olunur. Teqlər : #Ekspert: Rayon avtomobillərinin Bakıya girişinə qadağa ölkə konstitusiyasına ziddir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda polisin vəzifələrinin miqyası genişləndirilib Milli Televiziya və Radio Şurası ANS-i məhkəməyə verib