''Diktaturaya yox!'' şüarı iki gəncin həbsinə səbəb oldu

''Diktaturaya yox!'' şüarı iki gəncin həbsinə səbəb oldu

Gəncədə həbs edilən gənclər Heydər Əliyev parkına şüar yazmaqda günahlandırılırlar
 
Noyabrın 5-də gecə saatlarında Gəncədə gənc fəallar Tapdıq Məmmədov və Elmir Təhmin həbs ediliblər. Onlar Kəpəz rayon polis şöbəsində nəzarətxanada saxlanılırlar. Bu barədə məlumatı jurnalist Ülviyyə Əli fəalların yaxınlarına istinadən öz "Facebook" səhifəsində yayıb. Onun sözlərinə görə, gənclər 30 sutka inzibati həbs cəzası alıblar. Məlumata görə, onların həbsinə səbəb Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkına "Diktaturaya yox!" və s. şüarlar yazmaqlarıdır.
 
Ülviyyə Əlinin yazdığına görə, gecə ilə bütün yazılar silinib, gənclərə polis şöbəsində işgəncə verilib.
 
DİN məsələ ilə bağlı açıqlama vermir.
 
Elmir Təhmin Nida Vətəndaş Hərəkatının üzvüdür. Tapdıq Məmmədov isə heç bir partiya və ya təşkilat üzvü deyil. (meydantv) /

Google+ WhatsApp ok.ru