İŞİD-lə həmkarlıq etməmə üstündə Əl-Ənbarda 600 iraqlı edam edilib

Maide.az-ın məlumatına görə, İraq İnsan Haqları Ali Komissiyasının üzvü Fazil Əl-Qəravi bildirib ki, İŞİD son zamanlar bu terror qrupu sıralarına qoşulmadığı və göstərişlərdən boyun qaçırdığına görə, 600-dən çox iraqlını edam edib. 
 
Əl-Qəravi əlavə olaraq bildirib ki, yaşayış massivlərinin mühasirəsi, insan sipəri kimi sivillərdən istifadə, maliyyələrin qəsb olunması, qətl və sivillərin kütləvi qəbirlərdə dəfn olunmaları, minlərlə qadın, uşaq və yaşlını didərgin salma, Əl-Rəmadi sakinlərinin oğurlanması və onları terror hücumları həyata keçirməyə məcburetmə İŞİD-din digər cinayətlərindəndir.

Google+ WhatsApp ok.ru