35-ci Beynəlxalq İslami Vəhdət Konfransında 52 ölkədən qonaq iştirak edəcək

35-ci Beynəlxalq İslami Vəhdət Konfransında 52 ölkədən qonaq iştirak edəcək

35-ci Beynəlxalq İslami Vəhdət Konfransı  “İslami vəhdət, sülh və İslam dünyasında  münaqişə və ixtilafdan çəkinmək” mövzusu ilə  sabah Tehranda  öz işina balayacaq. 
 
Maide.Az xəbər verir ki, oktyabr ayının 19-dan 24-dək keçiriləcək konfransda  dünyanın 52 ölkəsindən alim, siyasətçi və yazar iştirak edəcək.  Pandemiya səbəbindən müxtəlif ölkələrdən bəzi qonaqlar online fomatda konfransa qatılacaq. 
 
Konfransın açılış mərasimində  İran prezidenti Seyid İbrahim  Rəisi, rəsmilər və bu ölkədə olan diplomatik korpusların nümayəndələri iştirak edəcək. 
 
İslami Məzhəblərin Yaxınlaşması Beynəlxalq Assambleyasının təşkilatçılığı ilə keçirilən konfransda müharibə və ədalətli sülh,islami qardaşlıq və terrorizmlə mübarizə, təkfirçilik və ifratçılıqla mübarizə, islami həmrəylik, gərginlik və qarşıdurmalardan qaçınma və islami məzhəblərarasında qarşılıqlı hörmət kimi  mövzular müzakirə olunacaq. 
 
Konfransın son mərasimi 24 oktyabr tarixində Peyğəmbəri - Əkrəmin  (s) mövlud gününün axşamı görkəmli yerli dini,siyasi və ictimai xadimlərin iştirakı ilə baş tutacaq.
 

Google+ WhatsApp ok.ru