İranın müdafiə naziri İraqın Nəcəfi-Əşrəf şəhərinə gedib

Maide.az-ın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İranın müdafiə naziri general-mayor Hüseyn Dehqan İraqa rəsmi səfərinin davamında bu gün səhər Nəcəfi-Əşrəf şəhərinə gedib. 
 
İranın müdafiə naziri İraqa üçgünlük səfərdə həmin ölkənin prezidenti, baş naziri, silahlı qüvvələrinin baş komandanı, parlament sədri və parlamentin təhlükəsizlik və müdafiə komissiyasının üzvləri, xarici və daxili işlər nazirləri, Ali İslami Məclisin sədri və İraqın bir qrup siyasi şəxsiyyəti ilə görüşüb. 
 
General-mayor Hüseyn Dehqan bazar ertəsi günü yüksək rütbəli müdafiə-hərbi heyətlə İraqa gedib.

Google+ WhatsApp ok.ru