Hizbullah İcra Şurasının sədri Seyid Haşim Safiyuddin: `Heç bir hədə-qorxu bizi yolumuzdan çəkindirə bilməz`

Hizbullah İcra Şurasının sədri Seyid Haşim Safiyuddin İŞİD terrorçularının çox qısa zaman ərzində Hizbullah qarşısında məğlubiyyətə uğramasının müqavimət cəbhəsinin qüdrətinin göstəricisi olduğuna işarə edərək, "hərbi ekspertlər Qələmunun əhəmiyyətini çox yaxşı bilir", - deyib.
 
Maide.az-ın məlumatına görə, Seyid Haşim sözlərinə belə davam edib: "İŞİD terrorçularının Qələmunda məğlubiyyətə uğraması bölgə təhlükəsizliyinin təminatıdır. Hizbullah arxasında ayrı-ayrı ölkələrin dəstəyi və silah yardımı olan terror təşkilatını bir neçə gün içərisində diz çökdürməyi bacardı. Heç şübhəsiz işğalçı İsrail rejiminin İŞİD-in Qələmunda məğlubiyyətindən öz payını çıxaracağı dərslər var.
 
Livan Hizbullahı dünyanın harasında olursa olsun, özünə ehtiyac duyulduğunu hiss etdiyi hər yerdə olacaq. Heç bir hədə-qorxu bizi yolumuzdan çəkindirə bilməz. Kimsəyə boyun əyməyəcəyik."

Google+ WhatsApp ok.ru