Cahangir Hacıyev həbsxana yeməklərini qəbul edə bilmir, səhhətində problem yaranıb

Cahangir Hacıyevə evdən gətirilən yeməklər qəbul edilmir. Bu səbəbdən səhhətində problemlər yaranıb. Onun qəbul etdiyi qidalar dietik yeməklərdir, istintaq təcridxanasında verilən yeməkləri yeyə bilmir. Bu barədə Turan-a vəkil Aqil Layıcov bildirib. 
 
Vəkil C.Hacıyevə qarşı istintaq hərəkətlərinin aparılmadığını bildirib. “Sanki, elə bil istintaqın işi onu həbs etməkdən ibarətdir. Başqa bir iş görülmür”.
 
C.Hacıyev ittihamları qəbul etmir. “Başqa-başqa adamlara verilmiş kreditlərin məsuliyyətini bu, necə qəbul edə bilər. İttihamın onunla əlaqəsi yoxdur”, - vəkil qeyd edib.
 
Dekabrın 5-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə iittiham olunur.

Google+ WhatsApp ok.ru