Azərbaycanın ən böyük şirniyat istehsalçısının meniceri məhkəmə zalında həbs olundu 15 Yanvar 2016 02:00 Hüquq Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Nahid Axundovun cinayət işi üzrə məhkəmə başa çatıb. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Axundov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Qeyd edək ki, N.Axundov “Veysəloğlu” MMC-də satış meneceri olub. O, 12 min manat pul mənimsəmədə təqsirli bilinib. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. report / Teqlər : #Azərbaycanın ən böyük şirniyat istehsalçısının meniceri məhkəmə zalında həbs olundu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sankt-Peterburqda külli miqdarda valyuta qaçaqmalçılığına görə Azərbaycan vətəndaşları saxlanılıb Sahibkar Gömrük idarəsini məhkəməyə verəcək