Ailəsi: `Mövsüm Səmədovun saxlanma şəraiti dözülməzdir`

Dünən, ciddi rejimli Qobustan qapalı həbsxanasında ailəsi AİP lideri Mövsüm Səmədovla görüşüb. Görüş bir metrlik dəmir barmaqlıq arxasında baş tutub və ona ailəsi ilə birgə oturub danışmağa icazə verilməyib.
 
Maide.az xəbər verir ki, bu barədə "İslaminsesi"nə Səmədovun həyat yoldaşı Mehparə xanım bildirib.
 
Onun sözlərinə görə, Mövsümün səhhətində ciddi problemlər yaranıb: “Ürəyində və böyrəyində kəskin ağrılar baş verir. Saxlanma şəraiti dözülməzdir, üzərində ciddi nəzarət var. Qanuni “karantin” müddəti 14 gün olsa da, daha çox saxlanılıb. Bu müddət ərzində evdən göndərilən ərzaqlar ona çatdırılmayıb. Dəfələrlə edilən müraciətlərə baxmayaraq, vəkilin onunla görüşməsinə içazə verilməyib. Hacı bütün dostlarına və həmfikrlərinə salam göndərib.”
 
Qeyd edək ki, AİP rəsmiləri vəkil vasitəsilə Mövsüm Səmədovun müalicə müəssisəsinə göndərilməsi üçün müraciət edəcəklərini bildiriblər. 

Google+ WhatsApp ok.ru