“Azadlıq” radiosunun əməkdaşları kütləvi şəkildə istintaqa çağırılır

"Azadlıq" radiosunun Bakı bürosunun ofisi möhürlənəndən sonra onun əməkdaşları kütləvi şəkildə prokurorluğa çağırılır. Bu barədə radionun saytında məlumat yerləşdirilib
 
“Prokurorluq əməkdaşları jurnalistləri, hətta gecə saatlarında da dindirməyə cəhd edirlər... Artıq əməkdaşlardan bir neçəsi, habelə müxtəlif bölgələrdə çalışan müxbirlərimizi yerli prokurorluqlara çağırıb dindirirlər”, - deyə məlumatda qeyd olunur.
 
Vəkil Yalçın İmanov bildirib ki, jurnalistlərin tez-tələsik kollektiv şəkildə istintaqa cəlb edilməsinin niyyətini anlamaq çətindir. Dindirilməyə çağırılan bu qədər sayda jurnalistlə müqavilələrin imzalanması, etibarnəmələrin hazırlanması iş günü olmadığı üçün zaman tələb edir: "Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi İqbal Hüseynov bununla bağlı mənə də zəng etdi. İzah etdim ki, jurnalistlərin vəkilin iştirakı olmadan dindirilməsi bizə qeyri-hüquqi niyyətlərdən xəbər verir. Ona görə də, hər kəsin vəkillə təmin olunması üçün bir qədər zaman verilməsini istədik. Hələlik jurnalistlərin dindirilməsinin gələn həftənin əvvəlinə saxlanmasına ilkin olaraq razılaşıblar".  virtualaz /

Google+ WhatsApp ok.ru