22 məhbusu vaxtından əvvəl azad etmək tövsiyə olunub

Vaxtından əvvəl şərti azadlığa buraxılma üzrə Komissiya Qaradağ rayonunun Puta qəsəbəsində yerləşən 13 nömrəli ümumi rejimli cəzaçəkmə müəssisəsindən 22 məhbusun azad edilməsini tövsiyə edib.
 
Martın 14-də ərizəçilərin özlərinin iştirakı ilə vaxtından əvvəl şərti azadlığa buraxılma haqqında 7 ərizəyə və azadlıqdan məhrumetmə cəzalarının 3/4 və 2/3-nün çəkilməsi ilə əlaqədar məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmə haqqında 19 ərizəyə baxılıb.
 
Hüquq Müdafiə Şurasının üzvü Zalihə Tahirova iclasın nəticələrini şərh edərkən qanunsuz narkotik dövriyyəsi ilə bağlı işlər üzrə həbs edilənlərin sayının artdığını qeyd edib.
 
“Komissiyanın baxdığı işlər arasında 12-si və ya 46%-i narkotiklərlə bağlı idi. Onlar arasında həm narkotik satıcıları, həm də istehlakçıları var idi”, deyə o bildirib.
 
Narkodilerlərin sayının artması təkcə hüquq-mühafizə orqanlarının işinin nəticələrinin zəif olduğunu deyil, həm də bu çirkli biznesin yüksək gəlirliliyini göstərir.
 
Vaxtından əvvəl şərti azadlığa buraxılma üzrə Komissiyaya Ədliyyə Nazirliyinin əməkdaşları, həmçinin vətəndaş cəmiyyətinin nümayəndəsi daxildir. 

Google+ WhatsApp ok.ru