Yuxusuzluq bu ağır pozulmaların riskini artırır 07 Aprel 2017 01:00 Sağlamlıq European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir, qan təziyiqini və qanda sitokinlərin səviyyəsini artırır. Bütün bu faktorlar isə ürək-damar sistemi xəstəliklərinin risk faktorları sayılır. Araşdırmanın müəllifləri qeyd edir ki, yuxu orqanizmin bərpası üçün həyati vacibdir. Lakin müasir cəmiyyətdə bir çox insanlar yuxusuzluqdan əziyyət çəkir. Belə ki, məsələn, Almaniya əhalisinin 1/3 hissəsi müxtəlif yuxu pozulmalarından şikayətlənir. Araşdırmada 160 mindən çox insan iştirak edib. Maraqlıdır ki, qadınların sağlamlığına kişilərlə müqayisədə yuxusuzluq daha pis təsir edir. Alimlər qeyd edir ki, yuxusuzluqdan əziyyət çəkən insanlar heç bir halda bu vəziyyətlə barışmamalı və vaxtında mütəxəssislərə müraciət etməlidir. (saglamolun.az) / Teqlər : #Yuxusuzluq bu ağır pozulmaların riskini artırır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Linza taxanların nəzərinə - Ağlamaq olmaz! Bu 7 halda çay içmək ziyanlıdır
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir