Yuxu ilə bağlı doğru bildiyimiz 9 YANLIŞ 25 May 2018 01:00 Sağlamlıq -- Acıbadem Universitetinin nevroloji mütəxəssisi açıqlama verib Cəmiyyət arasında yuxu ilə bağlı söylənən və edilən bir neçə deyim var ki, əslində olan yanlışdır. Maide.Az “Haber7.com”a istinadən xəbər verir ki, bu yanlış doğru kimi uzun müddət edildiyi təqdirdə fəsadlara səbəb ola bilir. Unutmamaq lazımdır ki, lazım olan qədər və rahat yuxu insan sağlamlığı üçün çox vacibdir. Bir çox problemlərin kökündə yuxusuzluq və doğru şəkildə yatmamaq dayandığı üçün buna xüsusi önəm vermək lazımdır. Acıbadem Universitetinin nevroloji mütəxəssisi Murad Aksu yuxu ilə bağlı doğru zənn edilən 9 yanlışdan danışıb. Onları təqdim edirik: 1. Yuxu ən az 8 saat olmalıdır – Yanlış Yuxu müddəti insandan insana dəyişir. Kim neçə saat yataraq rahat ola bilirsə, o qədər də yatmalıdır – Doğru 2. Axşam içəcəyim bir fincan qəhvə yuxumu pozmaz – Yanlış Qəhvə və çayda yer alan maddələr insanı yuxuya verən beyin hüceyrələrinə mənfi təsir və yatmağı gecikdirir – Doğru 3. Az yatmaq daha yaxşıdır – Yanlış Az yatmaq orqanizmin fəaliyyətini pozur, həzm prosesinə mənfi təsir edir və artıq çəkinin yaranmasına səbəb ola bilir – Doğru 4. Xoruldamaq yalnız artıq çəkili insanların xəstəliyidir – Yanlış Artıq çəkili olduqları üçün xoruldamırlar, xoruldadıqları üçün artıq çəkilidirlər – Doğru 5. Hər növ yuxusuzluq probleminin diaqnozu üçün yuxu analizi vacibdir – Yanlış Yuxu analizi deyilən “polisomnografi” hər yuxu probleminin diaqnozunda vacib deyil. Şikayətlərə görə dəyişir – Doğru 6. Gecə yatmadığım üçün gündüz yatmalıyam – Yanlış Beyin gecə yatmaq, gündüz oyaq qalmaq üçün nizamlanıb – Doğru 7. Gec yatdığım üçün səhər gec oyanmalıyam –Yanlış Oyanmaq vaxtı mümkün qədər sabit olmalıdır - Doğru 8. Yatmazdan öncə nə qədər çox yorulsam, o qədər rahat yataram – Yanlış Yorğun olduğumuzda yuxuya getmək çətinləşir. Yuxuya getmədən bir neçə saat öncə ağır fiziki işlər görülməməlidir – Doğru 9. Yataqda kitab oxumaq, telefonlar oynamaq və televizor izləmək yuxuya getməyi asanlaşdırır – Yanlış Bunlar yuxu rejimini pozan vərdişlərdir - Doğru Teqlər : #Yuxu ilə bağlı doğru bildiyimiz 9 YANLIŞ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İftardan sonra çox siqaret çəkənlərə xəbərdarlıq! - İnfarkt riskini artırır DNT analizi ilə bunları da bilmək olacaq
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir