Türkiyə kəşfiyyatının şefi istefaya göndərildi 03 İyun 2016 01:00 Dünya Türkiyənin kəşfiyyat orqanı olan Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan vəzifəsindən azad edilib. Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, kulislərdə gəzən məlumatlara görə, Fidan Yaponiyaya səfir təyin edilib. MİT-in rəhbərliyinə isə təqaüddə olan polkovnik Levent Göktaşın gətiriləcəyi bildirilir. Prezident Rəcəb Tayyib Ərdoğanın “sirr qutusu” olaraq tanınan Hakan Fidan hazırda dövlət başçısını Şərqi Afrika ölkələrinə səfərində müşayiət edir. Kulislərdə gəzən digər bir xəbər isə Xarici İşlər Nazirliyinin məsləhətçisi Feridun Sinirlioğlunun Nyu-Yorka səfir göndərilməsi ilə bağlıdır. Teqlər : #Türkiyə kəşfiyyatının şefi istefaya göndərildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səudiyyə Ərəbistanı “uşaq qatili” kimi BMT-nin qara siyahısında Moskvada Ramazan çadırının açılışı olacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO