Səudiyyə Ərəbistanı “uşaq qatili” kimi BMT-nin qara siyahısında

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya məktəb və xəstəxanalara etdiyi hücumlara görə siyahıdadırlar.

İslamazeri.az-ın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə əsasən, BMT-in baş-katibi Pan Gi Mun, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyasını, Yəməndə hərbi əməliyyatlar zamanı həddi-büluğa çatmayanlar ölməsinə səbəb olaraq, uşaqların hüquqlarını pozan dövlət və qruplaşmaların siyahısına daxil edib.
 
Təşkilatın fikrincə, koalisiya münaqişə zamanı ölmüş 510 uşağın (ümumilikdə Yəməndə ölmüş uşaqların 60%) ölümündə günahkardır. Daha 667 uşaq da koalisiyanın fəaliyyətindən müxtəlif xəsarətlər alıb.
 
 

Google+ WhatsApp ok.ru