Toyuq yumurtasından xərçəng əleyhinə dərman hazırlanacaq 29 Yanvar 2019 15:39 Sağlamlıq Şotlandiyalı alimlər insan zülalı olan yumurtalar yumurtlayacaq yeni genetik modifikasiya olunmuş toyuq növü yaradıblar. Maide.Az "Oxu.Az"-a istinadən xəbər verir ki, tədqiqatçılar insan orqanizmində zülal istehsal edən gen aşkar ediblər. Onun elementlərini cücələrin DNT-sinə implantasiya ediblər. Beləliklə, artıq cücələr böyüdükdən sonra tərkibində lazımi zülal olan yumurtalar yumurtlayacaqlar. Artıq tərkibində insan proteini olan yumurtaların ilk partiyası əldə edilib. Bu cür zülallar virus əleyhinə və xərçəng əlieyhinə xüsusiyyətlərə malikdirlər, həmçinin, zədələnmiş toxumaların bərpa olunmasına da xidmət edirlər. Dərmanların yumurtalardan hazırlanması onların laboratoriyada sintez edilməsindən təqribən 100 dəfə ucuz başa gələcək. Beləliklə, virus əleyhinə və xərçəng əleyhinə olan yeni dərmanlar kifayət qədər ucuz ola bilər. Teqlər : #Toyuq,#yumurtasından,#xərçəng,#əleyhinə,#dərman,#hazırlanacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qan təzyiqinə qarşı dadlı dərman tapılıb Sağalmaz xəstəliyin epidemiyası proqnozlaşdırılır
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir