Təbriz yaxınlığında 4,3 bal gücündə zəlzələ baş verib

Təbriz yaxınlığında 4,3 bal gücündə zəlzələ baş verib

İranın Şərqi Azərbaycan əyalətində Təbriz şəhər yaxınlığında 4,3 bal gücündə zəlzələ baş verib. 
 
Maide.Az İranKİV-lərinə istinadla xəbər verir ki, zəlzələ bu gün yerli vaxtla saat 15:25-də Təbrizin 10 kilometr cənub-şərqində Basmınc bölgəsində qeydə alınıb. 
 
Zəlzələnin Urmiyada da hiss olunduğu bildirilir. 
 
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanların olub-olmadığı bildirilməyib. 
 

Google+ WhatsApp ok.ru