Kəşmirdə Pakistan və Hindistan arasında baş vemriş atışmada ölənlərin sayı artıb

Kəşmirdə Pakistan və Hindistan arasında baş vemriş atışmada ölənlərin sayı artıb

Kəşmirdə Pakistan və Hindistan arasındakı nəzarət xəttində atışma zamanı ölənlərin sayı artıb. 
 
Maide.Az  “AA”a istiandla xəbər verir ki, belə ki Buttal kəndi yaxınlığında  Hindistan və Pakistan arasında baş vermiş  atışmada daha bir paksitanlı əsgər həyatını itirib. Bunu Pakistan Silahlı Qüvvələri Baş Qərargahının nümayəndəsi general Asif Qafur "Twitter" də bildirib. 
 
Qeyd edək ki,ötən gün baş vermiş atışmada  azı üç Pakistan əsgəri və Hindistan Hərbi Qüvvələrinin beş hərbçisi ölmüşdü. 
 
Məlumata görə, Kəşmirdə baş verən qarşıdurmada Hindistan və Paksitan əsgərlərindən 8 nəfər ölüb, çox sayda əsgər yaralanıb. 
 
Avqustun 5-də Hindistan hökuməti Konstitusiyada Kəşmir ştatına imtiyazların verilməsini nəzərdə tutan maddəni ləğv edib. Pakistan Hindistanın bu addımına etraz edib. Bundan sonra iki ölkə arasında gərginlik artıb.  
 
Kəşmirdə baş vermiş  qarşıdurmalarda indiyədək 70 mindən çox  insan həyatını itirib. 
 

Google+ WhatsApp ok.ru