Təcili Yardım: 'Günvurma ilə bağlı müraciət edənlər var' 27 İyun 2018 01:00 Sağlamlıq -- 14 nəfərdən 10-u kişi, o cümlədən 2-si oğlan uşağı olub “Yay mövsümü başlayandan, iyunun 22-dən bəri Bakı Şəhər Təxirəsalınmaz və Təcili Tibbi Yardım Stansiyasina günvurma ilə bağlı 14 nəfər müracət edib” Maide.Az bildirir ki, bunu həmin qurumdan bildiriblər: “Bu 14 nəfərdən 10-u kişi, o cümlədən 2-si oğlan uşağı olub. 4 nəfər isə qadındır. Bu saydan 6 nəfər iyunun 26-da, yəni, dünən stansiyaya müraciət edib”. Stansiyadan onu da vurğulayıblar ki, müraciət edənlərə ilkin yarıdm göstərilib və sağlıq durumları ağır olmadığından xəstəxanalara yerləşdirilməyiblər. Son günlər Azərbaycanın bəzi bölgələrində havanın hərarəti 40-41 dərəcəyə qədər yüksəlib. Ekologiya və Təbii Sərvətlər Nazrilyinin açıqlamasına görə, anomal istilər iyun ayının sonuna qədər davam edəcək. Paytaxt Bakıda temperatur 38 dərəcəyə yüksəlib.(azadliq.org) Teqlər : #Təcili Yardım: 'Günvurma ilə bağlı müraciət edənlər var', Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əlinizdəki bu nöqtələrə basdıqdan sonra inanılmaz duyğu hiss edəcəksiniz! Uşaqlarda qızdırmanın yüksəlməsini həmişə xəstəlik kimi qəbul etmək düzgün deyil
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir