Suriya ordusu və Livan müqaviməti daha bir uğura imza atdı

Suriya və Livan xəbər dairələri Suriya ordusu və Livan Hizbullahı qüvvələrinin Qələmun məntəqəsində irəliləməsi və daha bir məntəqəni ələ keçirdiyini bildiriblər.
 
Maide.az-ın məlumatına görə, "əl-Minar" telekanalı Suriya ordusu və Livan Hizbullahı qüvvələrinin Qələmunun Fəlitə təpələrində Cəbəl əl-Səlacədə terrorçuların mövqelərinə hücum etdiklərini bildirib və bu hücumların kadrlarını yayımlayıb. 
 
Bu məlumata görə, Suriya ordusu və Livanın müqavimət qüvvələri Ərsal təpələrinin şərqində əl-Fəxtə məntəqəsində Livan və Suriya sərhədlərinə doğru irəliləməkdədirlər. 
 
Livan dairələrinin bildirdiynə görə, İŞİD terror qruplaşmasının başçılarından Əbu Üsamə və digər terrorçu qruplaşmaların başçılarından Əbu Məhəmməd İslam və Əbu Əbdül-Bağdadi Qələmunda öldürülüblər. 
 
Məlumata görə, Suriya ordusu və Livan müqavimət qüvvələri Ərsal təpələrində əl-Kişek ərazisinin ətrafına nəzarəti ələ keçiriblər.

Google+ WhatsApp ok.ru