Bəhreyn xalqı siyasi məhbusların azadlığını tələb edib

Bəhreyn xalqı bu ölkənin müxtəlif məntəqələrindəki geniş aksiyalarda Əl-Vifaq cəmiyyətinin rəhbəri Şeyx Əli Salman daxil olmaqla siyasi məhbusların azadlığını tələb edib.
 
Maide.az-ın məlumatına görə, Sitrə məntəqəsində Bəhreynin polis qüvvələri etirazçıları dağıtmaq üçün diyircəkli güllər və zəhərli qazlardan istifadə ediblər. 
 
Əl-Mmusəlla məntəqəsində də aksiyaçılar Şeyx Əli Salmanın şəklini tuturaq, onun tez bir zamanda azad edilməsini istəyiblər. 
 
Bəhreyn şiələrinin görkəmli liderlərindən olan Şeyx Əli Salman ötən ilin 28 dekabrında rejimi dəyişdirmək və xarici qüdrətlərlə həmkarlıq ittihamı ilə həbs olundu. O və Əlvifaq hərəkatı bu ittihamları rədd ediblər. Bu həbs geniş beynəlxalq etirazlara səbəb olub. Bəhreyn xalqı 2011-ci ildən bəri ölkədə islahatların aparılması məqsədilə dinc aksiyalar keçirir, amma Ali-Xəlifə rejimi qüvvələrinin zorakılığı ilə üzləşib. 
 
İndiyədək onlarla bəhreynli inqilabçı öldürülüb, yüzlərlə nəfər də yaralanıbdır. 
 
Beynəlxalq təşkilatlar Ali-Xəlifə rejiminin məhbəslərində minlərlə nəfərin saxlanıldığını bildiriblər.

Google+ WhatsApp ok.ru