Super kubok “Fenerbahçe”nin oldu 26 Avqust 2014 01:00 İdman Penaltilər seriyasında `Fənərbaxça` 3:2 qalib gələrək superkuboka sahib çıxıb Ötən gecə Türkiyə superkubokunun oyunu keçirilib. Həlledici oyunda iki əzəli rəqib son Türkiyə çempionu "Fənərbaxça" və ölkə kubokunun sahibi "Qalatasaray" komandaları üz-üzə gəlib. Manisada keçirilən oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Əlavə vaxtda da hesab açılmayıb. Penaltilər seriyasında "Fənərbaxça" 3:2 qalib gələrək superkuboka sahib çıxıb. Qeyd edək ki, ötən mövsüm də superkubokda bu komandalar üz-üzə gəlmiş və "Qalatasaray" Didye Droqbanın vurduğu yeganə qolla fəxri mükafata sahib çıxmışdı. Türkiyə superkuboku 22:30. "Fənərbaxça" - "Qalatasaray" - 0:0 (Penaltilər seriyası - 3:2) Mustafa Kamil Abitoğlu Manisa. 19 may stadionu Penaltini dəqiq vuranlar: Olcan Adin ("Qalatasaray"), Dirk Kuyt ("Fənərbaxça"), Raul Meyreleş ("Fənərbaxça"), Burak Yılmaz ("Qalatasaray"), Kadleç ("Fənərbaxça") Penaltini dəqiq vura bilməyənlər: Səlçuk İnan ("Qalatasaray"), Caner Erkin ("Fənərbaxça"), Felipe Melo ("Qalatasaray"), Mehmet Topuz ("Fənərbaxça"), Yekta Kurtuluş ("Qalatasaray") Teqlər : #Super kubok Fenerbahçenin oldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Azan səsi ilə yuxudan oyanmaq çox gözəldir` (FOTO) AFFA bu pankarta görə “Bakı”nı 5000 cərimələdi- Foto