‘Real’ 34-cü dəfə İspaniya çempionu oldu

‘Real’ 34-cü dəfə İspaniya çempionu oldu

Madridin "Real" komandası vaxtından əvvəl futbol üzrə İspaniya çempionu oldu.
 
37-ci turun matçında komanda Kərim Benzemanın dublu sayəsində evdə "Villarreal"ı 2:1 hesabı ilə məğlub etdi və ikinci yerdə olan "Barselona" üçün əlçatmaz oldu.
 
"Real" mövsümün sonuna 1 tur qalmış 86 xal toplayıb, "Barselona"nın aktivində 79 xal var.
 
Kataloniya klubu paralel matçda "Osasuna"ya məğlub oldu (1:2).
 
Madridlilər 2016/17 mövsümündən bəri ilk dəfə çempion oldu. Bu titul "Real" Madrid üçün 34-cü olub. /Trend
 

Google+ WhatsApp ok.ru