Futbol üzrə İtaliya çempionatının bərpa olunacağı vaxt bəlli oldu 25 May 2020 08:58 İdman Koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış futbol üzrə İtaliya çempionatı iyunun 13-ü və ya 20-si qaldığı yerdən davam edəcək. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu İtaliyanın idman naziri Vinçentso Spadafora deyib. V.Spadafora bildirib: "Biz A Seriyasının oyunlarının başlaması üçün iki mümkün tarix üzərində işləyirik - 13 cə 20 iyun. Mövsümün başlaması üçün protokol gəldi və o məşqlər üçün razılaşdırılmış protokola çox bənzəyir". Onun sözlərinə görə, bu barədə qərar mayın 28-i qəbul ediləcək. Qeyd edək ki, futbol üzrə İtaliya çempionatı martın əvvəli koronavirus pandemiyası səbəbilə dayandırılıb. Teqlər : #Futbol ,#İtaliyaçempionatı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ÜST: 2021-ci ilin sonunadək beynəlxalq turnirlər ləğv olunsun Liverpul 30 il sonra yenidən çempion oldu