İsrail Suriya-İraq sərhədinə hava zərbələri endirib - KİV

İsrail Suriya-İraq sərhədinə hava zərbələri endirib - KİV

İsrail hərbi təyyarələri Suriya-İraq sərhədində əl-Qaim rayonu ərazisinə hava zərbələri endirib.
 
Bu barədə yerli mənbələr məlumat veriblər.
 
Bildirilib ki, İsrail təyyarələri əl-Qaimdə bir neçə yük maşınını hədəfə alıb.
 
Burada həyatını itirənlərin olduğu iddia edilib.
 
Bu məlumat hələ rəsmi mənbələrdən təsdiqini tapmayıb.
 
Bundan öncə İsrail rəsmiləri bir neçə dəfə etiraf ediblər ki, Suriya ərazisində silah yüklərini vurublar. /SalamNews

Google+ WhatsApp ok.ru